Bakıda beynəlxalq badminton yarışları başlanıb
İranın badminton yığması daxil olmaqla 38 ölkədən olan idmançıların iştirakı ilə Bakıda beynəlxalq badminton yarışları başlanıb.
Bu beynəlxal yarışlarda müxtəlif ölkələrdən 248 idmançı dörd gün müddətinə bir və iki nəfərlik bölmələrdə mübarizə aparacaqlar.
Ölkəmizdən də bu yarışlarda səkkiz qadın və kişi badmintonçu veteran və gənc bir tərkiblə iştirak edəcək.
Bu yarışlara göndərilmiş idmançılar Zəncanda Soruş Eskəndəri, Həmədandan Əmir Cəbbari, Kürdüstandan Mehran Şəhbazi və Tehrandan Əlireza Kərəmi kişilər bölməsində; Sorəyya Ağayi, Səmin Abed Hocəste, Pərya Eskəndəri və Nəsim Səfayi Tehrandan və qadınlar bölməsində yarışacaqlar.
Bu komandanı cənablar Fərşad Nosrəti komandanın başçısı, Seyyed Bəhador Zəkizade baş məşqçi və xanım Negin Əmiripur qadınların məşqçisi kimi müşayiət edirlər.
Baş məşqçi Seyyed Bəhador Zəkizade Bakıda IRIB ilə müsahibədə deyib: İran komandası yarışlarda veteranlar və gənclərin iştirakına görə, texniki baxımdan köhnə və yeni nəsillərinin təcrübələri qarışığından ibarətdir. Bunda məqsəd, onların həm nəticə , həm də lazımi təcrübəni əldə edə bilmələridir.
Həmçinin Azərbaycan Respublikasının badminton federasiyasının dəvəti ilə ölkəmizin üç badminton hakimi, o sıradan Mohəmməd Həsən Hoseynzade, Bəsim Pənai və Fəridə Eyni qeyd olunan yarışlara göndəriliblər.
Bu yarışlar 2020-ci il Tokio olimpiya oyunlarında iştirak üçün idmançıların renkinqlərinin artması istiqamətində xal əldə etmək baxımından xas bir önəmə malikdir.