Rəsmi Bakı Xəzər dənizinin hüquqi konvensiyasını pozub
https://azeri.sahartv.ir/news/azərbaycan-i342130-rəsmi_bakı_xəzər_dənizinin_hüquqi_konvensiyasını_pozub
Azərbaycan Respublikası müdafiə nazirliyinin saytı bu ölkə ordusunun Xəzər dənizindəki hərbi dəniz qüvvələrində NATO standartları üzrə təlimlərin başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2019 08:54 Asia/Baku
  • Rəsmi Bakı Xəzər dənizinin hüquqi konvensiyasını pozub
    Rəsmi Bakı Xəzər dənizinin hüquqi konvensiyasını pozub

Azərbaycan Respublikası müdafiə nazirliyinin saytı bu ölkə ordusunun Xəzər dənizindəki hərbi dəniz qüvvələrində NATO standartları üzrə təlimlərin başlanmasından xəbər verib.

Azərbaycan Respublikasının bu hərbi orqanının bildirdiyinə görə, bir qrup NATO eksperti Xəzər dənizində keçirilən bu təlimləri NATO-nun əməliyyat imkanları strategiyası proqramı çərçivəsində dəyərləndirmək məqsədilə bu məntəqədədir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO dəyərləndiricilərinin iştirakında məqsədi, bu ölkə ordusunun Xəzər dənizindəki hərbi dəniz qüvvələrinin gəmilərinin göyərtələrində NATO təchizatlarının işlədilməsi və standartların uyuşması miqdarının təftiş olunması elan edibdir.

Bu sayda NATO ekspertinin iştirakı elə bir haldadır ki, Xəzər dənizinin hüquqi konvensiyasına əsasən, bu su hövzəsi sırf olaraq, onun beş sahilyanı ölkəsinin fəaliyyət məkanıdır və xarici qüvvələrin ondakı iştirakı həmin konvensiyanın pozulması kimi dəyərləndirilir.