Azərbaycan R., Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü
İyun 11, 2019 15:45 Asia/Baku
-
Azərbaycan R., Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü
Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın müdafiə nazirləri sabah görüşərək, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Azərbaycan Respublikası müdafiə nazirliyi saytının məlumatına görə, bu üçtərəfli görüş sabah Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriyanın iştirakı ilə Azərbaycan Respublikasının Qəbələ şəhərində keçiriləcəkdir.
Bu görüşdə üç ölkənin müdafiə nazirləri üçtərəfli hərbi həmkarlıqların genişləndirilməsi, regional layihələrin təhlükəsizliklərinin təmini və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.