Bakı İrəvanla ehtimal olunan savaşa hazır olduğunu bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i342695-bakı_İrəvanla_ehtimal_olunan_savaşa_hazır_olduğunu_bildirib
Azərbaycan Respublikasının müdafiə naziri bildirib ki, bu ölkənin hava qüvvələri Ermənistanla ehtimal olunan hər cür döyüş üçün hərbi əmrləri icra etməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2019 17:00 Asia/Baku
  • Bakı İrəvanla ehtimal olunan savaşa hazır olduğunu bildirib
    Bakı İrəvanla ehtimal olunan savaşa hazır olduğunu bildirib

Azərbaycan Respublikasının müdafiə naziri bildirib ki, bu ölkənin hava qüvvələri Ermənistanla ehtimal olunan hər cür döyüş üçün hərbi əmrləri icra etməyə hazırdır.

Zakir Həsənov müxbirlər qarşısında bildirib ki, Azərbaycan Respublikası ordusunun hərbi təyyarələrindən ibarət eskadrilya hərbi əmrləri icra etməyə hazırdır. O, əlavə edib: Vertolyot zolaqları bərpa və təchiz olunublar və bu ölkə ordusunun vertolyotları uzaq məsafədən hədəfləri nişan almağa qadirdirlər.

Azərbaycan Respublikasının müdafiə naziri deyib: Azərbaycan Respublikasının dəniz qüvvələrinin təkmilləşdirilməsi sahəsində lazımi addımlar da atılmaqdadır və ordunun təchizatlarının 90 faizi yenidir.