İyul 21, 2019 14:34 Asia/Baku
  • Bakı Dağlıq Qarabağın Azərbaycan Respublikasına aid olduğunu vurğulayıb
    Bakı Dağlıq Qarabağın Azərbaycan Respublikasına aid olduğunu vurğulayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Dağlıq Qarabağın Azərbaycan Respublikasına məxsus olduğunu və hazırda Ermənistan tərəfindən işğal olunduğunu bildirib.

Dağlıq Qarabağın Azərbaycan Respublikasına aid olduğunu vurğulayan Leyla Abdullayeva deyib ki, bu bölgədə, heç bir müstəqil ölkə tərəfindən rəsmən tanınmayan separatçı bir rejim qurulubdur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Avstraliyanın "Yeni Cənubi Uels" ştatının erməni mənşəli baş naziri Qladis Bereciklianın Qarabağın istiqlaliyyətinin rəsmən tanınmasına dair sözlərinə işarə edərək, deyib: Bereciklianın mövqeyi Avstraliya federal hökumətinin mövqeyini əks etdirmir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi söyləyib: Avstraliya federal hökumətinin rəsmiləri rəsmi məktublarda vurğulayıblar ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü himayə edir və Qarabağın işğalına son qoyulması istiqamətində səy göstərirlər.

Teqlər