Azərbaycan R-da Həzrət İmam Xomeyni(r.ə.) vurğunlarından birinin dəfn mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i345151-azərbaycan_r_da_həzrət_İmam_xomeyni(r.ə.)_vurğunlarından_birinin_dəfn_mərasimi_keçirilib
Azərbaycan Respublikasında İslam İnqilabının amalları və Həzrət İmam Xomeyni(r.ə)-in vurğunlarından olan mərhum Hacı Məsim Novruzovun cənazəsi dünən günorta və ikindi namazlarından sonra Bakıda müşayiət olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2019 09:16 Asia/Baku
  • Azərbaycan R-da Həzrət İmam Xomeyni(r.ə.) vurğunlarından birinin dəfn mərasimi keçirilib
    Azərbaycan R-da Həzrət İmam Xomeyni(r.ə.) vurğunlarından birinin dəfn mərasimi keçirilib

Azərbaycan Respublikasında İslam İnqilabının amalları və Həzrət İmam Xomeyni(r.ə)-in vurğunlarından olan mərhum Hacı Məsim Novruzovun cənazəsi dünən günorta və ikindi namazlarından sonra Bakıda müşayiət olunub.

Hacı Məsim Novruzovun dəfn mərasimi dünən günortadan sonra Bakının müxtəlif məntəqələrindən olan din xadimləri və müsəlman əhalinin əzəmətli iştirakı ilə keçirilib.

Bu Əhli-Beyt(ə) vurğununun cənazəsi müşayiət olunduqdan və Bakının Bülbülə qəsəbəsində yerləşən onun özünün banisi olduğu “Ümmət İmamı” məscidində əzadarlıq mərasiminin keçirilməsindən sonra bu qəsəbədəki qəbiristanlıqda dəfn olunubdur.

Dini fəaliyyətlərinə və ehtiyaclılara yardım etdiyinə görə, əhali arasında xas bir hörmətə malik olan mərhum Hacı Məsim Novruzov uzun sürən xəstəlikdən sonra cümə axşamı günü axşamçağı dünyasını dəyişdi.

Bu tanınmış din təbliğatçısı və yorulmaz mübariz İslam İnqilabının amalları və Həzrət İmam Xomeyni(r.ə)-in vurğunlarından idi.