Tehran-Bakı həmkarlıqlarının genişləndirilməsi araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i345165-tehran_bakı_həmkarlıqlarının_genişləndirilməsi_araşdırılıb
Azərbaycan Respublikasının baş nazir müavini və İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı nümayəndəliyinin məsul şəxsi iki ölkənin müxtəlif sahələrdəki həmkarlıqlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2019 15:46 Asia/Baku
  • Tehran-Bakı həmkarlıqlarının genişləndirilməsi araşdırılıb
    Tehran-Bakı həmkarlıqlarının genişləndirilməsi araşdırılıb

Azərbaycan Respublikasının baş nazir müavini və İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı nümayəndəliyinin məsul şəxsi iki ölkənin müxtəlif sahələrdəki həmkarlıqlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikasının baş nazir müavini Əli Həsənov İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı nümayəndəliyinin məsul şəxsi Əli Səccadi ilə görüşdə iki ölkənin dostcasına əlaqələrinə toxunaraq, qarşılıqlı əməkdaşlıqların müxtəlif sahələrdə genişlənməsindən razılıq edib.

Azərbaycan Respublikasının baş nazir müavini həmçinin vurğulayıb ki, həqiqi dostluq daha çox çətin günlərdə özünü göstərir. O, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının didərginlərinə humanitar yardımlar göstərməsini xatırladıb və İranın bu sahədəki köməyinə görə təşəkkür edibdir.

İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı nümayəndəliyinin məsul şəxsi də İran İslam Respublikası rəsmilərinin müxtəlif sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlıqları genişləndirməyə maraqlı olduqlarını vurğulayıb.