Tehran-Bakı ticarət mübadilələrinin həcmi artıbdır
Sen 25, 2019 18:09 Asia/Baku
-
Tehran-Bakı ticarət mübadilələrinin həcmi artıbdır
Azərbaycan Respublikası cari milad ilinin ötən səkkiz ayında İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələr arasında Türkiyə, İran İslam Respublikası və Qazaxıstan ilə ən çox ticarət əməliyyatına malik olubdur.
Azərbaycan Respublikası dövlət gömrük komitəsinin məlumatına görə, bu müddətdə bu ölkənin Türkiyə ilə ticarət mübadilələri həcmi 2 milyard 714 milyon 88 min dollar, İran İslam Respublikası ilə 367 milyon 617 min dollar və Qazaxıstanla 168 milyon 273 min dollar olubdur.
Hər üç ölkədə ticarət mübadilələri həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıbdır.
Bu artım Türkiyə ilə ticarət mübadiləsində 628 milyon 192 min dollar, İran İslam Respublikası ilə 169 milyon 324 min dollar, Qazaxıstan ilə isə 16 milyon 449 min dollardır.