Azərbaycarn R. parlamenti yeni baş nazirə etimad səsi verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i350130-azərbaycarn_r._parlamenti_yeni_baş_nazirə_etimad_səsi_verdi
Novruz Məmmədovun istefasından sonra Azərbaycan Respublikasının milli məclisi dünən iclas keçirdi və Əli Əsədovu bu ölkənin yeni baş naziri təyin etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2019 05:02 Asia/Baku
  • Azərbaycarn R. parlamenti yeni baş nazirə etimad səsi verdi

Novruz Məmmədovun istefasından sonra Azərbaycan Respublikasının milli məclisi dünən iclas keçirdi və Əli Əsədovu bu ölkənin yeni baş naziri təyin etdi.

Əli Əsədov dünən milli məclisin açıq iclasında çıxış etdi. Əsədov 1956-cı il noyabrın otuzunda Naxçıvan şəhərində anadan olub və 1978-ci ildə Moskva iqtisadiyyat institutunu bitirib. O, SSRİ dövründə Azərbaycan Respublikası Elmlər Akademiyasında müxtəlif məsuliyyətlər daşıyıb. Əsədov 1995-ci ildə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsindən sonra bu ölkə parlamentinin üzvü seçilib. O, 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər  üzrə köməkçisi təyin edilib. O, həmçinin 2012-ci ildən Azərbaycan Respublikası prezident administrasiyası başçısnın müavini kimi də fəaliyyət göstərib.