Xanımı Polad Aslanovun aclığa başladığını deyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i350151-xanımı_polad_aslanovun_aclığa_başladığını_deyir
Xeberman.com saytının həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2019 12:23 Asia/Baku
  • Xanımı Polad Aslanovun aclığa başladığını deyir
    Xanımı Polad Aslanovun aclığa başladığını deyir

Xeberman.com saytının həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Bu barədə onun xanımı Gülmirə Aslanova məlumat verib.

Onun dediyinə görə, əri aclıq aksiyasının səbəblərindən danışarkən qeyd edib ki, qeyri-qanuni həbs olunub, istintaqı obyektiv aparılmır və heç bir əsas olmadan həbs müddəti əlavə olaraq 4 ay uzadılıb.

Jurnalist Polad Aslanov bu il iyunun 12-də saxlanıb.