İran və Azərbaycan R-nın biliyə əsaslanan şirkətləri müştərək ticarət konfransı keçiriblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i350572-İran_və_azərbaycan_r_nın_biliyə_əsaslanan_şirkətləri_müştərək_ticarət_konfransı_keçiriblər
İran və Azərbaycan R-nın biliyə əsaslanan şirkətləri bu gün Bakı iqtisadi mərkəzində müştərək ticarət konfransı keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2019 16:44 Asia/Baku
  • İran və Azərbaycan R-nın biliyə əsaslanan şirkətləri müştərək ticarət konfransı keçiriblər
    İran və Azərbaycan R-nın biliyə əsaslanan şirkətləri müştərək ticarət konfransı keçiriblər

İran və Azərbaycan R-nın biliyə əsaslanan şirkətləri bu gün Bakı iqtisadi mərkəzində müştərək ticarət konfransı keçiriblər.

İranın Bakıdakı səfiri Cavad Cahangirzadənin, həmçinin əllidən çox İran şirkəti və  altmış Azərbacycan şirkətinin iştirakı ilə keçirilən bu birgünlük konfransda iki ölkənin innovasiya və bilik əsaslı sahələrdəki həmkarlığı nəzərdən keçirilib.

İranın Bakıdakı səfiri bu konfransda iki ölkə münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə günü-gündən genişlənməsinə toxunaraq, biliyə əsaslanan şirkətlərin həmkarlıqlarını İran ilə Azərbaycan Respublikası arasındakı iqtisadi anlaşmaların yeni fürsəti adlandırıb.

Cahangirzadə ümidvarlıq edibdir ki, bu imkanlardan istifadə və əməkdaşlığın genişləndirilməsi iki ölkənin maraqları istiqamətində həyata keçiriləcək və iki ölkənin biliyə əsaslanan şirkətləri arasında həmkarlığın yeni fəsli formalaşacaq.