Ş.Mustafayev Azərbaycan R-nın baş nazir müavini oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i350998-Ş.mustafayev_azərbaycan_r_nın_baş_nazir_müavini_oldu
Azərbaycan Respublikasının iqtisadiyyat naziri baş nazirin müavini təyin edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2019 15:51 Asia/Baku
  • Ş.Mustafayev Azərbaycan R-nın baş nazir müavini oldu
    Ş.Mustafayev Azərbaycan R-nın baş nazir müavini oldu

Azərbaycan Respublikasının iqtisadiyyat naziri baş nazirin müavini təyin edilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şahin Mustafayevi iqtisadiyyat naziri vəzifəsindən azad edərək, baş nazirin müavini təyin edib.

Şahin Mustafaev Azərbaycan Respublikasının iqtisadiyyat naziri olarkən İran-Azərbaycan Respublikası müştərək iqtisadi komissiyasının azəri həmsədri kimi də fəaliyyət göstərirdi.

Dünən Azərbaycan Respublikasının prezidenti iki ayrı-ayrı fərmanla iki baş nazir müavinini vəzifəsindən azad etmişdi.

Qeyd edək ki, oktyabrın 8-də İlham Əliyev Novruz Məmmədovu baş nazir vəzifəsindən uzaqlaşdıraraq, Əli Əsədovu yeni baş nazir kimi Milli Məclisə təqdim etdi. Məclis də əksəriyyət səslə Əli Əsədovun baş nazir olması ilə razılaşdı.