Sionist rejimin Bakıdakı səfirliyinin fəaliyyəti dayanıb
Okt 30, 2019 16:27 Asia/Baku
Sionist rejimin Bakıdakı səfirliyinin fəaliyyəti dayanıb.
Sionist rejimin Bakıdakı səfirliyi bu gün bildirib ki, bu səfirlik həmin rejimin maliyyə nazirliyinin qərarına əsasən, öz fəaliyyətlərini dayandırmağa məcburdur.
Qüdsü işğal etmiş rejimin maliyyə nazirliyi bu il iyulun 21-də bir qərarda bu rejimin səfirliklərinin büdcələrini azaldıb və diplomatları hər bir xərc üçün sənəd təqdim etməyə borclu edib.
Sionist rejimin Bakıdakı səfirliyinin bildirdiyinə görə, bu rejimin maliyyə nazirliyinin qərarı öncəki protokol ilə ziddiyyət təşkil edir.
Məlumatlara görə, sionist rejimin Toronto, Kiyev, Paris və Moskvadakı səfirlikləri, eləcə də bu rejimin Sankt-Peterburqdakı konsulluğu müvəqqəti olaraq öz fəaliyyətlərini dayandırıblar.