Əliyev yeni icra başçılarına xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i351460-Əliyev_yeni_icra_başçılarına_xəbərdarlıq_etdi
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Xaçmaz və Yevlax rayonlarını çox yaşlı icra başçılarını işdən azad edib, yerlərinə gəncləri təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2019 09:30 Asia/Baku
  • Əliyev yeni icra başçılarına xəbərdarlıq etdi
    Əliyev yeni icra başçılarına xəbərdarlıq etdi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Xaçmaz və Yevlax rayonlarını çox yaşlı icra başçılarını işdən azad edib, yerlərinə gəncləri təyin edib.

Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır.

O deyib: “Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam.”

Əliyev söyləyib: “Bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim.”