İran elektrik mübadiləsində Azərbaycan R-nın üç əsas şərikindən biridir
-
İran elektrik mübadiləsində Azərbaycan R-nın üç əsas şərikindən biridir
İran İslam Respublikası cari ildə elektrik mübadiləsində Azərbaycan Respublikasının üç əsas şərikindən biri kimi təqdim olunub.
“Haqqın.az” saytı bir reportajda bildirib ki, Azərbaycan Respublikası illərdir, İran İslam Respublikası, Rusiya və Gürcüstanla elektrik mübadilə edir. O, əlavə edib: Azərbaycan Respublikası cari ilin doqquz ayında İrana 28,7 milyon kilovatt-saat elektrik enerjisi ixrac edib.
Belə bir halda, Azərbaycan Respublikası bu müddət ərzində İrandan 27,4 milyon kilovatt-saat elektrik enerjisi idxal edibdir.
Azərbaycan Respublikası, İran İslam Respublikası, Rusiya və Gürcüstan arasında elektrik mübadiləsi regional həmkarlıqlar, eləcə də fəsil mübadilələri formasında həyata keçibdir.
Azərbaycan Respublikasının “Azərenerji” dövlət şirkəti son zamanlar İran-Gürcüstan istiqamətində yüksək voltlu elektrik enerjisinin ötürülməsi xətlərinin təkmilləşdirilməsi üçün görülmüş tədbirlərdən xəbər verdi.