Əlövsət Əliyev Almaniyada həbs olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i352338-Əlövsət_Əliyev_almaniyada_həbs_olunub
Azərbaycan Miqrasiya Mərkəzinin sabiq sədri, Almaniyada yaşayan Əlövsət Əliyev Almaniyada həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2019 09:03 Asia/Baku
  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Əlövsət Əliyev Almaniyada həbs olunub

Azərbaycan Miqrasiya Mərkəzinin sabiq sədri, Almaniyada yaşayan Əlövsət Əliyev Almaniyada həbs olunub.

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Bunu BBC-yə onun vəkili Erich Althammer deyib.

Almaniya polisi çərşənbə günü miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb. Polis onlardan ikisi barəsində həbs qərarı verildiyini deyib, amma ad açıqlamayıb.

Əlövsət Əliyev heç bir Almaniya qanununu pozmadığını deyir.

Əlövsət Əliyev Azərbaycanda miqrasiya sahəsindəki fəaliyyəti ilə tanınırdı.

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyada saxlanılan şəxslər  ilə  araşdırma apardığını deyir.