Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb
Noy 18, 2019 05:48 Asia/Baku
-
Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb
Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.
"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bakıda ölümlə nəticələnən digər ağır yol qəzası baş verib. Hadisə Mərdəkan qəsəbəsidə baş verib Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib.