Azərbaycan Məclisdə ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i352393-azərbaycan_məclisdə_ikinci_qanunvericilik_paketi_müzakirəyə_çıxarılıb
Bu gün Azərbaycan Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2019 10:16 Asia/Baku
  • Azərbaycan Məclisdə ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb
    Azərbaycan Məclisdə ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb

Bu gün Azərbaycan Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanunvericilik paketi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qeyd edək ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.