Leyla Abdullayeva: “Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar"
https://azeri.sahartv.ir/news/azərbaycan-i352659-leyla_abdullayeva_azərbaycan_jurnalistləri_ermənistanda_və_dağlıq_qarabağda_olublar
Leyla Abdullayeva bildirib : “Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar"
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 24, 2019 04:32 Asia/Baku
  • Leyla Abdullayeva: “Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar
    Leyla Abdullayeva: “Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar"

Leyla Abdullayeva bildirib : “Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar"

“ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub”.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O, qeyd edib ki, səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar: ”Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”.