Kirayə mənzillərə müraciət başlayır
-
Kirayə mənzillərə müraciət başlayır
Gələn ayın ikinci yarısından Azərbaycanda kirayə mənzillərə müraciət başalayacaq. Bu barədə İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər.
FaktXəbər-in məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, mənzili kirayələyən Azərbaycan vətəndaşları aylıq ödənişləri evin xərcindən çıxılacaq.
“Müqavilə bağlanandan üç il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər”, - deyə V.Bayramov əlavə edib.
Fondun elan etdiyi şərtlərdə ailəli olmaq şərt kimi qeyd olunmur. Bu isə o deməkdir ki, ailəli olmayan Azərbaycan vətəndaşları da müraciət edə biləcəklər.