Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərinin sayı 31 faiz artıb
-
Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərinin sayı 31 faiz artıb
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi bildirib ki, cari milad ilinin on ayında Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərinin sayı 31,5 faiz artıbdır.
Bu məlumata görə, 2019-cu ilin ilk on aynda Azərbaycan Respublikası vətəndaşlarından dörd milyon 654 min nəfər xarici ölkələrə səfər edibdir ki, həmin səfərlərin 36,5 faizi İran İslam Respublikasına olubdur.
İran son illərdə daim Azərbaycan Respublikasından olan turistlərin diqqət mərkəzində durub və bu ölkə vətəndaşları daha çox bazarlıq, müalicə, dini məkanları ziyarətetmə və quru yolu ilə Naxçivan Muxtar Respublikasına səfər etmək məqsədilə İrana səfər edirlər.
Cari milad ilinin on ayında həmçinin Azərbaycan Respublikası vətəndaşlarının 28,8 faizi Gürcüstana, 17,5 faizi Rusiyaya, 11,6 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə səfər edibdir.