Azərbaycan XİN Nikol Paşinyana cavab verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i352818-azərbaycan_xİn_nikol_paşinyana_cavab_verib
Azərbaycan XİN Nikol Paşinyana cavab verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 26, 2019 15:30 Asia/Baku
  • Azərbaycan XİN Nikol Paşinyana cavab verib
    Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Azərbaycan XİN Nikol Paşinyana cavab verib.

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirmək olar".

"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, N.Paşinyan müsahibəsində “ermənifobiya” fenominindən danışaraq həqiqətlə heç bir əlaqəsi olmayan və yalan nümunələr sadalayır: "Belə ki, o, UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda guya ki, H.Mxitaryanın erməni olduğu üçün iştirak edə bilmədiyini bildirir. Xatırlatmaq istərdik ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda iştirak edən bütün oyunçuların, o cümlədən Arsenal futbol klubunun oyunçusu H. Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilmişdir. Azərbaycan tərəfindən zəmanət verildiyi halda Avropa Liqasının Bakıdakı final oyununda H. Mxitaryan şəxsi qərarı əsasında iştirak etmədi. Onu da qeyd etmək istərdik ki, bu günə kimi Azərbaycanda keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar iştirak ediblər. Hətta dövlət başçısı Avropa oyunları vaxtı erməni mənşəli oyunçunu şəxsən özü mükafatlandırmışdı".