İlham Əliyev inqilabları ‘vəba’ adlandırdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i352894-İlham_Əliyev_inqilabları_vəba’_adlandırdı
Azərbaycan Respublikası prezidenti İlham Əliyev inqilabları "vəba" adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2019 05:47 Asia/Baku
  • İlham Əliyev inqilabları ‘vəba’ adlandırdı
    İlham Əliyev inqilabları ‘vəba’ adlandırdı

Azərbaycan Respublikası prezidenti İlham Əliyev inqilabları "vəba" adlandırıb.

BDU-nin 100 illiyi ilə bağlı tədbirdə çıxış edən prezident deyib ki, bəziləri Azərbaycanda inqilab olacağı ilə bağlı 2005-ci ildə proqnozlar verirdi: “Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik… Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib”. Prezident Avropaya inteqrasiya haqda da danışıb: “Hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? “Stop İslam!” deyənlərə? Qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.