Bakıda Şimal-Cənub Dəmiryolu Dəhlizi üzrə işçi qrupunun 4-cü iclası keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i352987-bakıda_Şimal_cənub_dəmiryolu_dəhlizi_üzrə_işçi_qrupunun_4_cü_iclası_keçirilib
İran İslam Respublikası daxil olmaqla beş ölkənin nümayəndələrinin iştirakı ilə Bakıda Şimal-Cənub Dəmiryolu Dəhlizi üzrə işçi qrupunun 4-cü iclası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2019 08:21 Asia/Baku
  • Bakıda Şimal-Cənub Dəmiryolu Dəhlizi üzrə işçi qrupunun 4-cü iclası keçirilib
    Bakıda Şimal-Cənub Dəmiryolu Dəhlizi üzrə işçi qrupunun 4-cü iclası keçirilib

İran İslam Respublikası daxil olmaqla beş ölkənin nümayəndələrinin iştirakı ilə Bakıda Şimal-Cənub Dəmiryolu Dəhlizi üzrə işçi qrupunun 4-cü iclası keçirilib.

Bu ikigünlük iclas İran İslam Respublikası, Rusiya, Azərbaycan Respublikası və Belarusun dəmiryolu şirkətlərinin sədr müavinləri, həmçinin Hindistanda ən böyük konteynerdaşıma şirkəti sədrinin iştirakı ilə Bakıda keçirilib və iştirakçı ölkələrin protokol imzalamaları ilə cümə günü işini başa vurubdur.

İran İslam Respublikası Dəmiryolu Şirkətinin icraçı müdirinin ticarət və əməliyyatlar üzrə müavini Morteza Cəfəri şose yolu və dəniz marşrutlarının xərcləri ilə müqayisədə dəmiryolu marşrutu xərclərinin rəqabətli edilməsi və şimal-cənub dəmiryolu dəhlizində yükdaşımanın artırılması üzrə həll yollarının təqdim olunması, həmçinin dəmiryolu istiqamətində yükdaşıma tarifi üçün koordinasiyanı bu iclasın əsas mövzularından adlandırıbdır.

Cəfəri əlavə edib: Bu iclasda həmçinin İranın cənub-şərqindəki Çabahar limanından istifadə və bu limanın şimal-cənub dəhlizi marşrutlarına əlavə edilməsi barədə fikir mübadiləsi aparıldı və yaxşı qərarlar verildi.

İran İslam Respublikası Dəmiryolu Şirkətinin icraçı müdirinin ticarət və əməliyyatlar üzrə müavini deyib ki, Zahedan-Çabahar marşrutunun bu dəhlizə qoşulması ilə İran İslam Respublikası bu dəhlizdə Bəndər Abbas-Tehran-Astara və Çabahar-Tehran-Astara kimi iki marşruta malik olmuş olacaqdır.

Şimal-Cənub Dəmir Yolu Dəhlizi Layihəsi 2000-ci ildə bir müqavilənin imzalanması ilə İran İslam Respublikası, Hindistan və Rusiya tərəfindən ratifikasiya olundu. 2005-ci ildə Azərbaycan Respublikası da bu layihəyə qoşuldu. Bu dəmiryolu dəhlizinin önəminə görə, hazırda bütövlükdə 13 ölkə bu layihəyə qatılıbdır.

Şimal-Cənub kimi tanınan bu regional dəmiryolu dəhlizinin başa çatması ilə Hindistanın Mumbay limanından Rusiyaya və Şərqi Avropa ölkələrinə gedən yüklər İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərindən keçməklə, daşınma xərcləri baxımından da nəzərəçarpacaq azalmaya malik olacaqdır.