Leyla Abdullayeva: “Ermənistan baş nazirini anlamaq çox çətindir”
https://azeri.sahartv.ir/news/azərbaycan-i353048-leyla_abdullayeva_ermənistan_baş_nazirini_anlamaq_çox_çətindir
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2019 17:00 Asia/Baku
  • Leyla Abdullayeva: “Ermənistan baş nazirini anlamaq çox çətindir”
    Leyla Abdullayeva: “Ermənistan baş nazirini anlamaq çox çətindir”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışına münasibət bildirib.

APA-nın xəbərinə görə, Leyla Abdullayeva deyib: “Həmişəki kimi, Ermənistan baş naziri Nikol Paşinyanı anlamaq çox çətindir. Əlbəttə, baş nazirin bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur”. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib: “ Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə də gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N. Paşinyan hansı strategiyadan danışır?”, - deyə L. Abdullayeva bildirib.