AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının başlama vaxtı açıqlanıb
Dek 01, 2019 11:43 Asia/Baku
-
AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının başlama vaxtı açıqlanıb
AVRO-2020-nin final mərhələsinin qrup oyunlarının başlama vaxtı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qrupda keçiriləcək görüşlər Mərkəzi Avropa vaxtı ilə saat 15:00, 18:00 və 21:00-da başlayacaq.
Gələn il iyunun 12-də start götürəcək yarış zamanı Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı arasında indiki kimi 3 deyil, 2 saat fərqi olacaq. Bu isə o deməkdir ki, qrup mərhələsinin matçların start fiti 17:00, 20:00 və 23:00-da veriləcək.
A qrupunun Bakıda təşkil olunacaq üç qarşılaşmasının da başlama vaxtı bəlli olub. Bu görüşlərdən biri - Uels və İsveçrə arasındakı matç 17:00-da başlayacaq. Qonşu Türkiyə millisinin bu yığmalarla oyunları isə 20:00-da start götürəcək.