Milli Şura seçki ilə bağlı şərtlər irəli sürdü
-
Milli Şura seçki ilə bağlı şərtlər irəli sürdü
Azərbaycanda müxalifətdə olan Milli Şura təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə minimum da olsa, seçki mühiti yaradılmasını tələb edir.
Bu haqda qurumun dekabrın 1-də yaydığı bəyanatda deyilir.
“Bundan başqa Milli Şura siyasi məhbus sayılan şəxslər azad edilməlisini tələb edib.
Əks halda qurum seçkilərdə iştirak etməyəcəyini bəyan edir.
Azərbaycanda son illər əksər müxalif partiyalar paralment və prezident seçkilərini boykot ediblər. Onlar bunu ölkədə azad, şəffaf seçkilərin keçirilməsi üçün normal şərtlərin olmaması ilə izah ediblər. Hakimiyyət isə bunu müxalifət düşərgəsi xüsusilə qərbpərəstlərin camaat arasında kifayət qədər bazaya malik olmadığının göstəricisi hesab edir. O üzdən müxalifətt seçkidə uduzmasın deyə boykota əl atır. Son vaxtlar president Əliyev 1991- 92 ci Xalq Cəbhəsinin hakimiyyətinin dövrünü ölkəsinin qara ləkəsi kimi yad etdi, təəsüf hissi ilə bildirdi ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi.”