İran və Azərbaycan Respublikası kosmos əməkdaşlığı ərəfəsində
https://azeri.sahartv.ir/news/azərbaycan-i353394-İran_və_azərbaycan_respublikası_kosmos_əməkdaşlığı_ərəfəsində
İranın rabitə və informasiya texnologiyaları naziri dünən Bakıda Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevlə görüşdə iki ölkənin kosmos sahəsində birgə həmkarlıqlarının başlanmasına təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2019 05:54 Asia/Baku
  • İran və Azərbaycan Respublikası kosmos əməkdaşlığı ərəfəsində
    İran və Azərbaycan Respublikası kosmos əməkdaşlığı ərəfəsində

İranın rabitə və informasiya texnologiyaları naziri dünən Bakıda Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevlə görüşdə iki ölkənin kosmos sahəsində birgə həmkarlıqlarının başlanmasına təkid edib.

Mohəmməd Cəvad Azəri Cəhromi bu görüşdə İranın kosmos sahəsində Azərbaycan Respublikası ilə həmkarlığa maraqlı olduğunu bildirib. O, deyib: Kosmik bilik və süni peykin düzəldilməsi mütləq şəkildə iqtisadi olmayan müxtəlif hədəflərə malikdir.

İranın rabitə və informasiya texnologiyaları naziri bildirib ki, gələcək iqtisadiyyatın böyük bir hissəsi kosmos sahəsinə aid olacaq. O, deyib: İran on ili keçmiş 20 illik bir proqramla bu sahədə təkcə istehlakçı olmaq istəmir.

Azəri Cəhromi İranın kosmos sahəsində hər cür əməkdaşlığı alqışladığını vurğulayaraq, deyib: İranın Kosmonavtika Təşkilatı Azərkosmos Açıq Səhmdar Cəmiyyəti ilə həmkarlığa zəmin yaratmağa hazırdır.

İranın rabitə və informasiya texnologiyaları naziri öz Bakı səfərində Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə ilə görüşüb.

Cəhromi bu görüşdə deyib: Görülən tədbirlər nəticəsində hazırda üç iranlı şirkət modern texnologiyalar sahəsində rəsmi şəkildə Azərbaycan Respublikasında fəaliyyətə başlayıb. Bu bizim öncəki proqramlaşdırma əsasında həyata keçmiş bir iqtisadi hərəkətin başlanğıcıdır və bu iclasda da onun inkişaf etdirilməsi vurğulanıbdır.

O, iki ölkənin sərhəd tezliyi barədə əldə olunmuş razılığı bu görüşün digər nəticələrindən adlandırıb.

O, əlavə edib: Bizim bəzi vətəndaşlarımız sərhəd bölgələrində istəmədən Azərbaycan Respublikasının və qarşılıqlı olaraq həmin ölkənin vətəndaşları da İranın mobil telefon şəbəkəsinə rouminq olurlar ki, hərçənd bu məsələ çox azalıb və 5,2 kilometr radiusadək idarə olunub, amma Ərdəbil vilayətinin 180-ə yaxın kəndi hələ də bu 5,2 kilometr radius dairəsindədir və biz bu iclasda əhaliyə istənilməz rouminq xərci icbar olmasın deyə, həmin rəqəmi azaltmaq barədə razılığa gəldik.