Yunis Səfərovla bağlı iş məhkəməyə göndərilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i353517-yunis_səfərovla_bağlı_iş_məhkəməyə_göndərilib
Ötən ilin iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsdə günahlandırılan Yunis Səfərovun işi məhkəməyə göndərilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2019 08:29 Asia/Baku
  • Yunis Səfərovla bağlı iş məhkəməyə göndərilib
    Yunis Səfərovla bağlı iş məhkəməyə göndərilib

Ötən ilin iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsdə günahlandırılan Yunis Səfərovun işi məhkəməyə göndərilib.

Bununla bağlı dekabrın 6-da Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda olay xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində icra hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı kimi təqdim edilir.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub.