Azərbaycan Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib
https://azeri.sahartv.ir/news/azərbaycan-i353575-azərbaycan_milli_məclisə_növbədənkənar_seçkiləri_müşahidə_etmək_üçün_müraciət_müddətləri_müəyyənləşib
Azərbaycan Respublikası Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2019 10:31 Asia/Baku
  • Azərbaycan Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib
    Azərbaycan Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib

Azərbaycan Respublikası Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib.

 

Azərbaycan Respublikası  Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Azərbaycan Republikası Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi 2020-ci il yanvarın 30-dək başa çatacaq.

APA-nın məlumatına görə, bu, MSK-nın təsdiq etdiyi "Azərbaycan Respublikası  Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq  (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada MSK-da qeydiyyatdan keçməklə) Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilrilməsinə 10 gün qalanadək ərizələrini MSK-ya təqdim etməlidirlər. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.