Bakı-Məşhəd aviareysi açılacaq
-
Bakı-Məşhəd aviareysi açılacaq
Bakıdan Məşhədə və əks istiqamətdə çarter uçuşları dekabrın 16-da Azərbaycan Respublikasının “Buta Airways” aviaşirkəti tərəfindən bu ölkənin “Baku Star” turizm şirkətinin həmkarlığı ilə həyata keçiriləcək.
“Buta Airways” aviaşirkətinin Məşhəd-Bakı istiqamətində və əks istiqamətdəki çarter uçuşları iki qonşu ölkə olan İran ilə Azərbaycan Respublikasının mədəni əlaqələrinin genişləndirilməsi formasında həyata keçirilir.
Məşhəd-Bakı istiqamətində və əks istiqamətdəki çarter uçuşları bazar ertəsi və cümə axşamı günləri həyata keçirilir.
Azərbaycan Respublikasının “Buta Airways” aviaşirkətinin təyyarəsi bazar ertəsi və cümə axşamı günləri yerli vaxtla saat 14:30 dəqiqədə Bakıdan Məşhəd istiqamətinə uçacaq.
Həmin aviaşirkətin əks istiqamətdə uçuşu isə elə həmin günlərdə saat 16:45 dəqiqədə həyata keçiriləcəkdir.
Bakı-Məşhəd istiqamətində birtərəfli uçuşun biletinin qiyməti 99 dollar, ikitərəfli uçuşun biletinin qiyməsi isə 190 dollar elan olunubdur.