Daha 6 partiya qatılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i354143-daha_6_partiya_qatılacaq
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (MSK) 9 partiya qarşıdakı növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edib. Bunu MSK Mətbuat xidmətindən bildiriblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 16, 2019 08:49 Asia/Baku
  • Daha 6 partiya qatılacaq
    Daha 6 partiya qatılacaq

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (MSK) 9 partiya qarşıdakı növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edib. Bunu MSK Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, “BQP, BXCP, MDH, AMİP, Demokrat və BAZ  partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıblar.

MSK Mətbuat xidməti əlavə edib ki, buna qədər isə Yeni Azərbaycan, Ümid və Vətəndaş Həmrəyliyi partiyaları seçkilərdə iştirak üçün MSK-ya müraciət etmişdilər.

Bütün bunlardan başqa müxalif qüvvələrdən Müsavat və ReAL partiyaları da növbədənkənar parlament seçkilərinə qatıldıqlarını kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətinə bayan ediblər.

Demokratik Qüvvələrin Milli Şürası isə seçkiləri boykot etdiklərini açıqlayıb.Onlar vurğulayıblar ki, ölkədə azad və ədalətli seçkilərlə bağlı minimum imkan belə yoxdur.

Hərçənd rəsmilər və MSK təmsilçiləri bu fikri qəbul etmirlər.

MSK Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib.