Özəl torpaqlarda tikilən məscidlərin fəaliyyətinə xitam verilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i354148-Özəl_torpaqlarda_tikilən_məscidlərin_fəaliyyətinə_xitam_verilir
Azəbaycanda bəzi məscidlərin bağlanması və fəaliyyətinin məhdulaşdırlmasına aydınlıq gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2019 11:16 Asia/Baku
  • Özəl torpaqlarda tikilən məscidlərin fəaliyyətinə xitam verilir
    Özəl torpaqlarda tikilən məscidlərin fəaliyyətinə xitam verilir

Azəbaycanda bəzi məscidlərin bağlanması və fəaliyyətinin məhdulaşdırlmasına aydınlıq gətirilib.

Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni bir məlumatda bildirib ki, Özəl torpaqlarda tikilən məscidlər hökumət balansına verilməlidir.

APA-nın məlumatına görə, komitənin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, özəl torpaqda tikilən məscidlər özəl mülkiyyət ola bilməz: "Bəzi məscidlər belə problem yaratdığına görə ərazisində məscid olan torpaq sahiblərinə tövsiyə edilib ki, həmin torpaqlar məbədlərlə birgə bələdiyyələrin balansına verilməli və özəl mülkiyyətdən çıxarılmalıdır. Bəzi məscidlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da bununla bağlıdır".

Azərbaycanda məcidlərin dövlətlədirilməsi üçün üçün bir çox işlər görülür.