Azərbaycanda qaz ixracı çoxalıb neft ixracı azalıb 
https://azeri.sahartv.ir/news/azərbaycan-i354321-azərbaycanda_qaz_ixracı_çoxalıb_neft_ixracı_azalıb
Azərbaycan Respublikasında bu ilin yanvar oktiyabr Aylarında qaz ixracı 26,5% artıb neft ixracı isə  4% azalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2019 10:32 Asia/Baku
  • Azərbaycanda qaz ixracı çoxalıb neft ixracı azalıb
    Azərbaycanda qaz ixracı çoxalıb neft ixracı azalıb

Azərbaycan Respublikasında bu ilin yanvar oktiyabr Aylarında qaz ixracı 26,5% artıb neft ixracı isə  4% azalıb.

 

 APA xəbər verir ki bu barədə Azərbaycan Respublikası  Dövlət  Statistika komitəsi məlumat yayıb

Məlumatda bildirilir ki, Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 9,72 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% çoxdur.

 Dövlət Statistika Komitəsinin  məlumatına  görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 2,05 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 42%-lik artım deməkdir.

Həmçinin Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası 26 mln. tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.

Dövlət Statistika Komitəsinin    məlumatına görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 11,96 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 14,5% azalıb.