Azərbaycanın  Ağstafa Rayonun  İcra Hakimiyyətinin başçısı və müavini tutulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i354331-azərbaycanın_ağstafa_rayonun_İcra_hakimiyyətinin_başçısı_və_müavini_tutulub
Azərbaycanın  Ağstafa Rayonun  İcra Hakimiyyətinin başçısı və müavini tutulub
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2019 16:27 Asia/Baku
  • Azərbaycanın  Ağstafa Rayonun  İcra Hakimiyyətinin başçısı və müavini tutulub
    Azərbaycanın Ağstafa Rayonun İcra Hakimiyyətinin başçısı və müavini tutulub

Azərbaycanın  Ağstafa Rayonun  İcra Hakimiyyətinin başçısı və müavini tutulub

 
İran teleradiosunun Bakı Nümayəndəliyi  APA-ya istinadan xəbər verir ki  Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ağstafa RİH başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb.
Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi, evlərində axtarış aparıldığı bildirilir.
RİH-nin digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var.
N. Quliyevin və müavinin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik dəqiq məlumat verilmir.
Əməliyyat barədə rəsmi orqanlar heç bir açıqlama yaymayıb.
Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb.