Xəzər Universiteti İran universitetləri ilə əlaqələri genişləndirmək istəyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i354435-xəzər_universiteti_İran_universitetləri_ilə_əlaqələri_genişləndirmək_istəyir
Azərbaycan Respublikasında “Xəzər” universitetinin rektoru Hamlet İsaxanlı İran universitetləri ilə elmi-texniki əlaqələri genişləndirilməyə öz təmayülünü bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 22, 2019 05:25 Asia/Baku
  • Xəzər Universiteti İran universitetləri ilə əlaqələri genişləndirmək istəyir
    Xəzər Universiteti İran universitetləri ilə əlaqələri genişləndirmək istəyir

Azərbaycan Respublikasında “Xəzər” universitetinin rektoru Hamlet İsaxanlı İran universitetləri ilə elmi-texniki əlaqələri genişləndirilməyə öz təmayülünü bildirib.

Xəzər Universitetinin idarə şurasının iclasında İsaxanlının son İran səfəri və bu universitetin İran universitetləri ilə həmkarlığının genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

İsaxanlı iclasdakı çıxışında deyib: Xəzər Universitetinin Avropa və Türkiyə universitetlərilə geniş əməkdaşlıqlara malik olmasına rəğmən, İran universitetlərilə əlaqə və anlaşmalar qənaətbəxş olmayıb və bu sahədə tədbirlər görülməlidir.

Xəzər Universitetinin rektoru həmçinin Azərbaycan Respublikası, İran və Türkiyə universitetləri arasında üçtərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb. Qeyd edib ki, bu məsələnin reallaşması yaxşı nəticələr verə bilər.

Xəzər Universiteti Azərbaycan Respublikasında ilk özəl universitet kimi 1991-ci ildə yaradılıb və onda müxtəlif ail təhsil, o cümlədən magistratura və dokrantura dərəcələrində təhsil proqramları icra olunur.