Bələdiyyələrə seçkilərdir. Şikayətlər var...
https://azeri.sahartv.ir/news/azərbaycan-i354495-bələdiyyələrə_seçkilərdir._Şikayətlər_var...
Bu gün, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2019 10:12 Asia/Baku
  • Bələdiyyələrə seçkilərdir. Şikayətlər var...
    Bələdiyyələrə seçkilərdir. Şikayətlər var...

Bu gün, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləridir.

Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatmalıdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK-nın məlumatına görə, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində saat 12:00-a kimi fəallıq 18.07 faiz təşkil edib.

MSK bildirib ki, səsvermə hüququna malik 4972356 seçicidən həmin saatadək 898542 nəfər səsvermədə iştirak edib.

29 saylı Səbail seçki dairəsinin 5 saylı məntəqəsində vətəndaşların təkrar səs verməyə buraxıldığı bildirilir.

Bu barədə «Turan» agentliyinə həmin dairədən namizəd olan Elgiz Qəhrəman məlumat verib: «Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım mənzil kommunal istismar sahəsinin işçisidir. O, özünün tanıyıb çağırdığı adamlardan bir neçəsini təkrar səsverməyə buraxır. Məni görüb tanıdı, məndən sonra gələnləri geri göndərdi».

Bələdiyyə seçkilərinə bəzi seçicilərin könülsüz cəlb edilməsinə təşəbbüslər göstərildiyi deyilir.

Bu barədə “Turan” agentliyi-nə Bakıda yerləşən bir neçə məktəbin şagirdlərinin valideynləri danışıb.

İddiaya görə, paytaxtın Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin sinif rəhbərləri şagirdlərin valideynlərinə seçki günü məktəbə gəlməyin vacib olduğunu deyiblər.