Azərbaycan Prezidenti İlham Əliyev  Kadr və struktur islahatlarından danışıb   
https://azeri.sahartv.ir/news/azərbaycan-i354552-azərbaycan_prezidenti_İlham_Əliyev_kadr_və_struktur_islahatlarından_danışıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Kadr və struktur islahatlarından danışıb   .  
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2019 09:46 Asia/Baku
  • Azərbaycan Prezidenti İlham Əliyev  Kadr və struktur islahatlarından danışıb
    Azərbaycan Prezidenti İlham Əliyev Kadr və struktur islahatlarından danışıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Kadr və struktur islahatlarından danışıb   .  

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib :“Bu il bu sahədə görülmüş işlərlə yaddaqalan olub. Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Keçənilki prezident seçkilərindən sonra mənim andiçmə mərasimimdəki çıxışımda islahatların yeni mərhələsi elan edildi və biz bu islahatları ardıcıl şəkildə reallaşdırmağa başladıq, o cümlədən kadr islahatları ilə bağlı olan məsələlər öz həllini tapdı. Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənc, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Builki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilir”.

Azərbaycan Respublikasının Prezidenti bu il də bu islahatların davam etdirildiyini bildirib: “Struktur islahatlarına gəldikdə, əlbəttə ki, Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, Nazirlər Kabineti yenidən formalaşdı. Həm vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq.