Bakının Xəzərdəki bir enerji layihəsindən gəliri elan olunub
-
Bakının Xəzərdəki bir enerji layihəsindən gəliri elan olunub
“Britiş Petrolium”- BP şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsinin birinci müavini Bəxtiyar Aslanbəyli deyib ki, bu respublikanın Xəzər dənizindəki Azəri, Çıraq və Günəşli neft yataqlarından ümumi gəliri 1994-cü ildən bəri yüz qırx milyard dollardan yuxarı olubdur.
Aslanbəyli Bakıda keçirilən Azərbaycan Respublikasının ticarət şərikləri konfransındakı çıxışında əlavə edib: “Britiş Petrolium”un podratçılığı ilə xarici neft şirkətləri konsorsiumu Azəri, Çıraq və Günəşli neft yataqlarında Azərbaycan Respublikası ilə imzalanmış müqaviləyə əsasən, indiyədək qırx beş milyard kubmetrədək təbii qaz hasil edib və eyni zamanda nefti pulsuz şəkildə bu ölkəyə təhvil veribdir.
Azəri, Çıraq və Günəşli neft yataqlarının inkişaf etdirilməsi üzrə müqavilə 1994-cü ildə Azərbaycan Respublikası ilə xarici neft şirkətləri arasında iyirmi beş il müddətinə imzalanıb. Bu müqavilə iki il bundan öncə daha otuz iki il müddətinə, yəni 2050-ci ilədək uzadıldı.
Qeyd edək ki, BP Xəzər dənizində bu enerji layihəsinin inkişaf etdirilməsi üzrə podratçıdır.