Azəri rəsmi ekstremizmlə mübarizədə regional həmkarlığı müsbət adlandırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i354720-azəri_rəsmi_ekstremizmlə_mübarizədə_regional_həmkarlığı_müsbət_adlandırıb
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini vurğulayıb: Azərbaycan Respublikası ilə region ölkələrinin ekstremizmlə mübarizədəki həmkarlıqlarının müsbət nəticələri və məziyyətlərinin şahidiyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2019 10:00 Asia/Baku
  • Azəri rəsmi ekstremizmlə mübarizədə regional həmkarlığı müsbət adlandırıb
    Azəri rəsmi ekstremizmlə mübarizədə regional həmkarlığı müsbət adlandırıb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini vurğulayıb: Azərbaycan Respublikası ilə region ölkələrinin ekstremizmlə mübarizədəki həmkarlıqlarının müsbət nəticələri və məziyyətlərinin şahidiyik.

Gündüz İsmayılov IRNA müxbiri ilə müsahibədə bu mətləbi bildirərək, söyləyib: Bu mənfi fenomenlə mübarizədə birgə səylər və əməkdaşlığın genişləndirilməsi daha təsirli nəticələrə gətirib çıxara bilər.

O, həmçinin Azərbaycan Respublikasının ekstremizmlə mübarizədə region ölkələri daxil olmaqla bütün ölkələrlə həmkarlığı genişləndirməyə maraq göstərdiyini bildirib. Qeyd edib ki, ekstremist qrupların fəaliyyətlərinin qarşısının alınması, həmçinin sabitlik və təhlükəsizliyin bərqərarı üçün regional əməkdaşlığın genişləndirilməsi bütün bölgə ölkələrinin maraqlarına uyğundur və bu məsələ Azərbaycan Respublikası prezidentinin diqqət mərkəzindədir.

O, Azərbaycan Respublikası hökumətinin dini ekstremizm ilə mübarizə sahəsindəki addımları barədə verilən sualın cavabında deyib: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cəmiyyətdə bu fenomenlə mübarizə üçün digər əlaqədar orqanlarla həmkarlıq edir və bir neçə sahədə, o cümlədən dini maarifin yayılması, idarə və hüquq, həmçinin onun iqtisadi əsaslarının aradan qaldırılması sahələrində tədbirlər görür.

İsmayılov əlavə edib: Azərbaycan Respublikası hökuməti cəmiyyətdə ekstremizmin və ekstremist qrupların tanıtdırılması üzrə ardıcıl addımlar atır.

Azərbaycan Respublikasının təhlükəsizlik və polis orqanları İraq və Suriyadakı terror qruplarına qoşulmuş bu ölkə vətəndaşlarının sayını 900 nəfərdən çox elan ediblər ki, onların bir çoxu hərbi toqquşmalarda öldürülübdür.