Məzahir Pənahov: “15156 bələdiyyə üzvlüyünə 15154 nəfər seçilib”
Dek 27, 2019 08:59 Asia/Baku
-
Məzahir Pənahov: “15156 bələdiyyə üzvlüyünə 15154 nəfər seçilib”
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri deyib: “15156 bələdiyyə üzvlüyünə 15154 nəfər seçilib”.
Azərbaycan Respublikasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 15156 bələdiyyə üzvlüyünə 15154 nəfər artıq seçilib.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın keçirilən iclasında deyib. MSK sədri bildirib ki, digər 2 namizədin səsi isə bərabərdir və buna görə də onlar seçilməmiş sayılır: "Hazırda bu istiqamətində araşdırmalar gedir və sonda nəticələr dəyişə bilər”.