İran və Azərbaycan R. sərhəd sənaye şəhərciyi salmağı planlaşdırırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i354778-İran_və_azərbaycan_r._sərhəd_sənaye_şəhərciyi_salmağı_planlaşdırırlar
İrandan Bakıya göndərilmiş nümayəndə heyəti və Azərbaycan Respublikasının baş nazir müavini birgə sərhəd sənaye şəhərciyi salmaq barədə danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2019 10:05 Asia/Baku
  • İran və Azərbaycan R. sərhəd sənaye şəhərciyi salmağı planlaşdırırlar
    İran və Azərbaycan R. sərhəd sənaye şəhərciyi salmağı planlaşdırırlar

İrandan Bakıya göndərilmiş nümayəndə heyəti və Azərbaycan Respublikasının baş nazir müavini birgə sərhəd sənaye şəhərciyi salmaq barədə danışıblar.

Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev İranın nümayəndə heyəti ilə görüşdə İranın sərhədətrafı vilayətlərinin imkanlarını yüksək dəyərləndirib və ölkəsinin İranla müştərək sərhəd sənaye şəhərciyi salmağa hazır olduğunu bildirib.

1500 iranlı şirkətin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyini və ortaq layihələrin icra olunduğunu bildirən Mustafayev ölkəsinin İranla sərhəd sənaye şəhərciyi salmaq üçün işçi qrupu yaratdığını da qeyd edib.

Bakı səfərində iranlı heyətə başçılıq edən Ərdəbil valisi Əkbər Behnamcu bu görüşdən sonra deyib ki, iki ölkənin dəmiryolu və tranzit əlaqələri sahəsindəki əməkdaşlığının genişləndirilməsi, həmçinin birgə sənaye şəhərciyinin salınması üçün dəqiq proqramlaşdırma aparılıb.

İranın sənaye, mədən və ticarət naziri Əbbas Tabeş də bu görüşdən sonra müştərək sərhəd sənaye şəhərciyinin inşasının tezliklə başlanacağına ümid etdiyini bildirib.