'Böyrək işi'ndə hökm oxundu
Dek 28, 2019 05:25 Asia/Baku
-
'Böyrək işi'ndə hökm oxundu
Azərbaycanda 30-a yaxın adamın böyrəyinin alqı-satqısıyla bağlı yarım ildən çoxdur davam edən məhkəmə araşdırması yekunlaşıb. Bu işə görə bir neçə nəfər haqqında cinayət işi başlansa da, mühakimə olunan bir nəfərdir.
Dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 62 yaşlı V.Xudadatova hökm oxunub. Ona 5 il 6 ay həbs cəzası kəsilib.
Böyrəyini satan şəxslər bu işdə zərərçəkmiş statusunda tanınıb. Amma gəlib məhkəmədə deyiblər ki, onları nə V.Xudadatov, nə də başqası məcbur edib. Maddi ehtiyac üzündən könüllü şəkildə böyrəklərini satıblar.
Zərərçəkmişlərin bir qismi bildirib ki, başqa çıxış yolu görmədiklərinə görə internetdə böyrəklərini satmaları barədə elan yerləşdiriblər.