Seçkilərə qatılacaq partiyaların sayı artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i354841-seçkilərə_qatılacaq_partiyaların_sayı_artıb
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən və səlahiyyətli nümayəndələri orada qeydə alınan siyasi partiyaların sayı 20-yə çatıb. Bu barədə «Turan» agentliyinə MSK-dan məlumat verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2019 05:31 Asia/Baku
  • Seçkilərə qatılacaq partiyaların sayı artıb
    Seçkilərə qatılacaq partiyaların sayı artıb

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən və səlahiyyətli nümayəndələri orada qeydə alınan siyasi partiyaların sayı 20-yə çatıb. Bu barədə «Turan» agentliyinə MSK-dan məlumat verilib.

Məlumata görə, MSK-nın bu gün, dekabrın 26-da keçirilən iclasında daha bir partiyanın – Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

İslam Partiyası və müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Bu quruma Azərbaycan Xalq Cəbhəsi Partiyası, bir sıra siyasi təşkilatlar və ayrı-ayrı siyasətçilər daxildir.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların bu fikirlərini qəbul etmirlər.

Azərbaycanda 50 civarında siyasi partiyanın olduğu bildirilir.