Deputatlığa namizədlərin sayı 689 nəfərə çatıb
Yan 10, 2020 04:50 Asia/Baku
-
Deputatlığa namizədlərin sayı 689 nəfərə çatıb
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib.
bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri, eyni zamanda, Milli Məclisə seçkilərdə namizədləri sosial şəbəkələrdə erkən təşviqat kampaniyası aparmamağa dəvət edib.
Təşviqat mərhələsi yanvarın 17-də başlanır, fevralın 8-i saat 8:00-da isə dayandırılmalıdır.
Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib.
Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.
Azərbaycan parlamentində 125 yer var.