Bakıda tüstüdən boğularaq ölən əcnəbi tələbələrin adları məlum olub
Yan 10, 2020 04:51 Asia/Baku
-
Bakıda tüstüdən boğularaq ölən əcnəbi tələbələrin adları məlum olub
Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.
APA xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsində baş verib.
Məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan üç nəfər Şri-Lanka vətəndaşları tüstüdən boğularaq ölüb. həmin üç qız Qərbi Xəzər Universitetinin tələbələri imiş.
yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.