Azərbaycanda Deputatlığa namizədlərin sayı 1000-i keçib
https://azeri.sahartv.ir/news/azərbaycan-i355916-azərbaycanda_deputatlığa_namizədlərin_sayı_1000_i_keçib
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 12-də keçirilən iclasında bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2020 05:27 Asia/Baku
  • Azərbaycanda Deputatlığa namizədlərin sayı 1000-i keçib
    Azərbaycanda Deputatlığa namizədlərin sayı 1000-i keçib

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 12-də keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib:

“Onlardan 1047 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Azərbaycan Milli Məclisində 125 deputat yeri var.

Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 299 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir: “11 nəfərin namizədliyi təşəbbüs qrupları, 1461 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.

Müxalifət qüvvələrindən Milli Şura hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.