Azərbaycanda uşaqlara ən çox qoyulan adlar; Yusif,Zəhra, Əli və Hüseyn
-
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar; Yusif,Zəhra, Əli və Hüseyn
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi özünün son məlumatında bildirib ki,ötən milad ilində bu ölkədə uşaqlar üçün seçilən adlar sırasında Yusif, Zəhra, Əli və Hüseyn adları birincilər sırasında yer alır.
Bu məlumata görə, 2019-cu ildə doğulan 2464 uşağa Yusif, 2468 uşağa isə Zəhra adı qoyulub.
Bu məlumata görə, Fatimə, Zeynəb, Məryəm, Aylin və Nuray uşaqlar üçün seçilən adlar içində növbəti sıralarda durur.
Bu rəsmi məlumatda qeyd olunur ki, ötən milad ilinin 10 ayında Azərbaycan Respublikasında 116 min 365 doğum qeydə alınıb, bunların 53.3 faizi oğlan, 46.7 faizi isə qız uşaqlarından ibarət olub.
Son statistik məlumatlara görə, Azərbaycan Respublikası əhalisinin sayı 10 milyon 60 min nəfərdən ibarətdir ki, onların 50.1 faizi qadınlar, 49.9 faizi isə kişilərdən ibarətdir.