Sabah növbədənkənar parlament seçkilərilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i356687-sabah_növbədənkənar_parlament_seçkilərilə_əlaqədar_seçki_bülletenlərinin_çapına_başlanacaq
Sabah Azərbaycan Respublikasında Milli Məclisə  fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2020 16:15 Asia/Baku
  • Sabah növbədənkənar parlament seçkilərilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq
    Sabah növbədənkənar parlament seçkilərilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq

Sabah Azərbaycan Respublikasında Milli Məclisə  fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

 

Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası  Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.