Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i356821-azərbaycanda_koronavirusa_yoluxma_halı_qeydə_alınmayıb
“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2020 05:47 Asia/Baku
  • Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb
    Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb

“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”.

APA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, aparılan tədbirlər nəticəsində hələ ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb: "Səhiyyə Nazirliyi və  Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Hələ ki, bu günə şübhəli xəstə aşkar olunmayıb. Buna baxmayaraq, sərhəd-keçid məntəqələrində termivizorlar tərəfindən bir qədər temperaturu olan xəstələr aşkar olunarsa, onlar barədə Səhiyyə Nazirliyinin Karantin Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar  veriləcək.